Qısa döyüş yolu

Abdullayev Şövqiyar Cəmil oğlu 1992-ci ilin mart ayının 3-də oxuduğu ali məktəbin məşğələlərini tərk edərək könüllü surətdə ordu sıralarına daxil oldu.

Onların tank bölməsi Ağdamda yerləşirdi. İlk döyüş aprelin 26-da Şelli istiqamətində oldu. Sonra onun silahdaşları Gülablı istiqamətində müdafiə mövqeyi tutub Abdal, Aranzəmin, Pircamal, Naxçıvanik kəndləri uğrunda şiddətli döyüşlər apardılar.

1992-ci ilin avqustun 23-də Gülablıdakı çox böyük strateji əhəmiyyətli yüksəklikdən müəmmalı şəkildə onun tank briqadası çıxarılaraq Drambon kəndinin müdafiəsinə kömək üçün göndərildilər. Az vaxt içərisində Drambon kəndi erməni-rus birləşmələrinin müqaviməti qırılaraq azad edildi və ən böyük müvəfəqiyyət isə o oldu ki, mühasirə halqasına düşmüş çox böyük sayda piyada döyüşçülərimizi mühasirə halqasından çıxara bildilər. davamını oxu..

Gallery